İslami Cihad: İşğalçılarla normallaşma siyasəti uğursuz bir prosesdir

QafqazTimes xəbər verir ki, Dünən Livanın sünni müftisi Şeyx Əbdül Lətif Dəryan Şeyx Nafiz Ezamın rəhbərlik etdiyi Fələstin İslami Cihad Hərəkatının nümayəndə heyətini qəbul edib.

Görüşdə İslami Cihad Hərəkatının Livandakı nümayəndəsi Ehsan Ətaya və hərəkatın bir sıra digər rəsmiləri də iştirak ediblər.

Şeyx Nafiz Ezam görüşdən sonra bildirib: “Biz Fələstindən, Qəzzadan gəlmişik və söhbətimizin əsas mövzusu Fələstin məsələsi idi. Livanın Darul-fətva mərkəzi və bu ölkənin bütün xalqının fələstinlilərə qarşı mövqeləri kifayət qədər aydındır.”

Şeyx Əbdül Lətif Dəryan da öz növbəsində Fələstin məsələsinə davamlı dəstəyini vurğulayaraq, Fələstin xalqının, eləcə də müqavimət döyüşçülərinin qəhrəmancasına mübarizəsini və Qüds Qılıncı döyüşündə Fələstin müqavimətinin böyük qələbəsini yüksək qiymətləndirib.

Fələstin İslami Cihad Hərəkatının siyasi bürosunun bu üzvü vurğulayıb ki, heç şübhəsiz Fələstin məsələsi bütün İslam ümmətinin məsələsidir və İslam ümməti bütün cərəyan və komponentləri ilə Fələstinin və bu ölkənin xalqının yanındadır. Biz eyni zamanda bəzi ərəb ölkələri ilə işğalçı sionist rejim arasında münasibətlərin normallaşmasının yeni dalğasını pisləyirik. Çünki bu, Fələstin xalqına xəyanətdir. Normallaşma əvvəllər də uğursuzluğa düçar olmuşdur və inşallah uğursuz bir proses olacaqdır.

Related posts

İsrail dünyada sülh üçün 1 nömrəli təhlükədir!

Franklin: Yəhudilər…

Yəhudilər…