İslami Cihad hərəkatının üzvü: İmam Xomeyni(r.ə) ümmətin diqqətini Qüdsə tərəf yönəltdi

Qafqaztimes xəbər verir ki, Fələstin İslami Cihad hərəkatının ali rəsmisi Əhməd əl-Mudəlləl xarici mediaya verdiyi müsahibəsində qeyd edib ki, İmam Xomeyninin Qüds Günü fəryadı dünyanı fəth edəcəkdir.

İslami Cihad hərəkatının ali rəsmisi deyib: “1979-cu ildə İran İslam İnqilabının qələbəsindən sonra İmam Xomeyni (r.ə) bu şəhərin və Əqsa Məscidinin tarixi və ümmətin həyatındakı yerini xatırlatmaq üçün müqəddəs Ramazan ayının son cümə gününü Beynəlxalq Qüds Günü adlandırıldı və bununla diqqətləri dünya şərrinin simvolu olan sionist işğalçılarının təcavüzü altındakı bu şəhərə yönəltdi və İslam ümmətini oyadaraq güclərini səfərbər etdi.”

Əhməd əl-Mudəlləl belə əlavə edib: “Beynəlxalq Qüds Günündə sionist düşmənə qarşı davam edən Fələstin intifazası qarşıdurmalar, nümayişlər, yürüşlər, etirazlar və Fələstinli gənclərinin ruhunu oyadan çıxışlarla, eləcə də Fələstin torpaqlarındakı sionist əsgərləri və təcavüzkarlara qarşı hərbi əməliyyatlarla yenilənir.”

Related posts

Fatimeyi-Zəhranın (s) davamçısı olmaq

Yəmən Amerikanın F-18 qırıcısını vurdu. Amerika-İngiltərə qüvvələri geri çəkilməyə məcbur oldu

Amerika və İsrailin Yəmənin qarşısında aciz qalmasının sirri