İslami Cihad: Düşmən Qəzzanın qumlarında  boğulur

Fələstin İslami Cihad Hərəkatının baş katibi bu gün (13 aprel) sionist rejimin Qəzzə zolağında öz məqsədinə nail ola bilmədiyini vurğulayıb.

İRNA-nın məlumatına görə, Fələstin İslami Cihad Hərəkatının baş katibi Ziyad  Əl Nəxalə Ali Məqamlı Rəhbərin internet saytına verdiyi müsahibədə deyib: Biz təcavüzün yeddinci ayına qədəm qoyuruq. Amma düşmən hələ də öz məqsədinə çatmayıb.

Əl Nəxalə düşmənin nəinki məqsədlərinə çatmayıb, əksinə, günü-gündən geri çəkildiyini xatırladaraq deyib: Qəzzada müqavimət meydanda olduğu kimi həm də siyasi mövqedə güclü və aydın bir mövqeyə malikdir.

Nəxalə daha sonra qeyd edib: sionist rejim hərbçiləri Qəzzanın qumsallarında boğulub. Qəzzədə təhdid və təzyiqlər göstərən sionist rejim indi müqavimətlə danışıqlar aparır. Müqavimətin iradəsi olmasaydı, danışıqlar da olmazdı. Qərb Qəzza zolağı üçün deyil, İsrail üçün həll yolu axtarır.

Related posts

Qəzzəyə humanitar yardım maşınlarına hücum sionist rejimin nazirlər kabineti üzvlərinin koordinasiyası əsasında baş tutur

“İsrail Hizbullahla müharibəyə hazır deyil”

Netanyahu: Misirin Cənubi Afrika şikayətinə qoşulması təhlükəlidir