İslami Cihad: Ərəb rejimləri fələstinlilərə kömək etmədilər

QafqazTimes xəbər verir ki, Fələstin İslami Cihad hərəkatının liderlərindən olan Xalid əl-Bətş Əl-Məyadin telekanalına bildirib ki, “Qüds Qılıncı” döyüşü müqavimətə inamı bərpa etdi və Fələstin xalqını və bütün müqavimət sahələrini birləşdirdi.

O, əlavə edib: “Bəzi ərəb rejimlərinin işğalçı sionist rejimlə alçaldıcı əlaqələr qurmasına baxmayaraq, Qüds Qılıncı döyüşü Fələstin davasının əsas mövqeyini bərpa etdi və bu, müqavimətin təşəbbüsü ilə başlayan döyüş idi. Bu döyüşün nəticələrindən biri də Qüds üçün böyük koalisiyanın yaradılması oldu.”

İslami Cihadın lideri bəyan edib ki, işğalçı rejim 1948-ci ildə işğal olunmuş ərazilərdə, Əl-Nəqabdan işğal altındakı Qüdsün Şeyx Cərrah məhəlləsinə qədər bir çox bölgədə fələstinlilərə qarşı etnik təmizləməni davam etdirməyə çalışır. Qüds Qılıncı döyüşünün digər nəticəsi Fələstində, Livanda və bütün bölgələrdə müqavimət silahlarının birləşdirilməsi idi və bu gün Cenin, İordan çayının qərb sahili və Qüds düşərgələrində gördüklərimiz bu döyüşün nəticəsidir. Cenin və Qəzzada baş verənlər müqaviməti dəstəkləyən Fələstin xalqının iradəsini və ayıqlığını əks etdirir.

Xalid əl-Bətş vurğulayıb ki, sionist rejimlə hər hansı kompromisə getmək fələstinlilərin Qüdsdə parçalanmasına səbəb olacaq və işğalçı rejimlə normallaşmanın qapısını açacaq. Ərəb rejimləri Fələstin müqavimətinə bir dənə də olsun silah vermədilər və onlar buna görə özlərindən utanmalıdırlar. Amma vurğulayırıq ki, düşmənlə mübarizədə tək deyilik və bizim arxamızda İslam ümməti və Qüds ittifaqı vardır.

Related posts

Qırmızı dənizdə Amerika qırıcısı səhvən vuruldu

Ayətullah Xamenei: İslam Respublikasının təmsilçi qüvvəyə ehtiyacı yoxdur

Demo+terror+kratiya

1 şərh

נערות ליווי בקריות May 20, 2022 - 7:46 axşam

I was pretty pleased to discover this great site. I need to to thank you for your time for this particularly fantastic read!! I definitely appreciated every part of it and I have you book marked to see new stuff on your blog

Add Comment