16 yaşlı yeniyetmə itkin düşdü – FOTO

Balakəndə yeniyetmə itkin düşüb.

Hadisə rayonun Katex kəndində baş verib. Kənd sakini 16 yaşlı Nəbiyev Ehtiram Etibar oğlu yaşadığı evdən çıxaraq, bir daha geri qayıtmayıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis baş leytenantı Mahir Mənsimov Lent.az-a bildirib ki, hadisə ilə bağlı Balakən rayon Polis Şöbəsinə müraciət edilib. Onun sözlərinə görə, E. Nəbiyevin tapılması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Related posts

Şahin Mustafayev və İran səfiri arasında görüş olub

Avtomobili səkidə idarə edən sürücü həbs olundu – VİDEO

Bakıda 17 min manata pişik satılır – VİDEO