İslam Radio və Televiziyaları Birliyi: Biz ABŞ və sionist cinayətləri qarşısında susa bilmərik

Qafqaztimes xəbər verir ki, İslam Radio və Televiziyaları Birliyinin baş katibi Məhəmməd Əli Kərimian Birliyin “Media Ədaləti və Söz Azadlığı” adlı 10-cu iclasında çıxış edib.

O, çıxışında deyib: “Media ədaləti və söz azadlığı İslam Radio və Televiziyaları Birliyinin əsas hədəflərindən və İslam dünyasının böyüklərinin təkid etdiyi məsələlərdəndir. Dünyada hər kəs öz istədiyi medianı görə və ya eşidə bilməlidir. Monopoliya olmamalıdır. Bəziləri bütün media vasitələrini ələ keçirməyə və saxta ittihamlarla başqalarını bu təbii hüquqdan məhrum etməyə çalışırlar.

Daha sonra o, dünya hegemonlarının müqavimət medialarına qarşı qanunsuz rəftarlarına toxunaraq belə qeyd edib: “Söz azadlığı şüarı bu gün dünya zalımlarının əlində düşüncələri zorakılıqla idarə edə bilmək üçün bir taktikadır, amma insanlarla sədaqətlə danışan və həqiqəti aydınladan, sözün həqiqi mənasında media fəaliyyəti ilə məşğul olanlara gəldikdə isə onların maraqları ilə uyğun gəlmədiyi üçün məntiqsiz və qanunsuz vasitələrdən istifadə edərək sıradan çıxarmağa çalışırlar. Bir sıra telekanalların peyklərdən çıxarılması, bu birliyin üzvləri ilə əlaqəli bəzi saytların müsadirə edilməsi söz azadlığının pozulmasına və media haqsızlığına nümunədir. Söz azadlığı ABŞ və Qərbin əlində bir silaha çevrilə və ikili tərifə malik ola bilməz.”

O, həmçinin qərb dövlətlərinin cinayətlərini yada salaraq belə əlavə edib: “Biz sionist rejimin Fələstində uşaqları öldürməsi və Yəmənin məzlum xalqının qətlə yetirilməsi qarşısında susa bilmərik. Biz Əfqanıstanda muzdlu terrorçuların cinayətlərinə və məzlum şagirdlərin şəhid olmasına tamaşaçı ola bilmərik. Biz ABŞ və Sionist rejimin Suriya, İraq, Fələstin və digər yerlərə qarşı etdiyi cinayətlərinin şahidi olaraq susa bilmərik.”

Related posts

Pezeşkian Azərbaycan xalqına başsağlığı verdi

Qərbin “qadın azadlığı” şüarı səmimi deyil

İsrail generalı: İsrail ordusu Qəzzəyə nəzarət edə bilmir/Həmas yeni 3000 gənc döyüşçü cəlb edib