İslam İnqilabının Böyük Rəhbərinin iştirakı ilə əzadarlıq mərasimi

QafqazTimes xəbər verir ki, İslam İnqilabının Böyük Rəhbərinin iştirakı ilə İmam Xomeyni(r.ə) hüseyniyyəsində Həzrəti Fatimeyi Zəhranın (s) şəhadəti ilə bağlı əzadarlıq mərasiminin ikinci gecəsi keçirilib.

Epidemiya və sağlamlıq prosedurlarına tam riayət edilməsi zərurəti ilə əlaqədar olaraq, bu mərasim camaatın iştirakı olmadan və yalnız vaiz və məddahın iştirakı ilə keçirilib.

Höccətül-İslam vəl-Müslimin Rəfii mərasimdəki çıxışında Qərbdən fərqli olaraq İslamın “qadın”a baxışının əmtəə baxışı olmadığını vurğulayaraq deyib: “İslam təhsil, mədəniyyət və səhiyyə kimi faydalı və konstruktiv sahələrdə qadınların ictimai fəaliyyətini təsdiq edir. Tarixi dəlillər də bu sahələrin bəzilərində müsəlman qadınların, o cümlədən Həzrət Fatimeyi Zəhranın (s.ə) fəal olmasını göstərir. Ancaq qadının ictimai fəaliyyəti elə olmalıdır ki, dini hüdudlara riayət edilməklə yanaşı ailə təməllərinə də zərər dəyməsin.”

Həmçinin bu mərasimdə cənab Meysəm Mütii Həzrət Zəhra (ə) müsibətindən rozə oxuyaraq mərsiyələr səsləndirib.

Related posts

Siyasi qumarbazlar

Qırmızı dənizdə Amerika qırıcısı səhvən vuruldu

Ayətullah Xamenei: İslam Respublikasının təmsilçi qüvvəyə ehtiyacı yoxdur