Qafqaztimes xəbər verir ki, Həzrət Peyğəmbərin (s.ə.a) və İmam Cəfər Sadiqin (ə) mübarək mövlud günləri münasibətilə İran İslam Respublikasının hakimiyyət qüvvələrinin rəhbərləri, bir qrup hökumət rəsmiləri və 35-ci Beynəlxalq İslam Birliyi Konfransında iştirak edən qonaqlar 24 Oktyabr bazar günü səhər saatlarında İslam İnqilabının Ali Rəhbəri Ayətullah Xamenei ilə görüşəcəklər.
Bu görüş Koronavirusla Mübarizə Qərargahının göstərişlərinə uyğun olaraq, tibbi protokolları riayət etməklə İmam Xomeyni(r) Hüseyniyyəsində keçiriləcəkdir.