İslam: ac qalmağın faydası

QafqazTimes.com Hawzah.net-ə istinadən xəbər verir: Çox yemək, toxluq öncə ağılı zəiflədir. Belə adam mənəvi zəriflikləri, batin aləmini qavraya bilmir. Qarınqululuq insanın iradəsini zəiflədir. Əksinə, sağlamlıq, uzun ömür və nurani qəlb  yeməkdə orta həddi gözləməklə əldə edilir. Ruhun paklanması, nəfsin tərbiyəsi yollarından biri aclıqdır. Təbii ki, orqanizmə zərərli ifrat aclıq nəzərdə tutulmur. Həzrət Əli  (ə) Həzrət Peyğəmbər (s) haqqında buyurur: Peyğəmbər yaxınları ilə birlikdə aclıqdan faydalanardı. Peyğəmbər yolunu getmək isytəyənlər ona iqtida etsin, onun addımlarını izləsin. Əks-təqdirdə həlak olacaq… (إِذْ جَاعَ فِیهَا مَعَ خَاصَّتِهِ… فَتَأَسَّی مُتَأَسٍّ بِنَبِیِّهِ وَ اقْتَصَّ أَثَرَهُ وَ وَلَجَ مَوْلِجَهُ وَ إِلَّا فَلَا یَأْمَنِ الْهَلَکَه)

İnsan dünyanın sirlərini dərk etmək, Liqaullah məqamına çatmaq üçün az yeməklə kifayətlənməlidir. Dolu qarın ruha və cismə yükdür. Qarınqulu adamların ömrü qısa olur, tez xəstələnir, mürgüləyirlər.

Bir gün Həzrət Əli (ə) bağbandan soruşdu ki, yemyə nə var? Bağban cavab verdi ki, sadə qəzadır, sizə layiq deyil. Həzrət bağbanla əyləşib yedi və buyurdu: Vay o qarının halına ki, sahibini cəhənnəmə aparar!

Related posts

Sənanı sındırmaq: ABŞ-İsrailin Yəmənə qarşı kiber müharibəsi

İran tərəddüd edərkən, Azərbaycan və İsrail irəliləyir

İmam Xamenei: Nüvə və insan haqları bəhanədir / Amerika İslam Respublikasının imkanlarından narahatdır