İranın Yəməndəki səfiri dünyasını dəyişib

Qafqaztimes xəbər verir ki, İran İslam Respublikasının səfiri Həsən İrlu bu gün səhər (çərşənbə axşamı) şəhid dostlarına qovuşub.

İran Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadə bildirib ki, İran İslam Respublikasının Yəmən Milli Qurtuluş hökumətindəki səfiri koronavirusa yoluxma səbəbilə dünyasını dəyişib.

İran Xarici İşlər Nazirliyinin sözçüsü əlavə edib: “İran-İraq müharibəsinin iştirakçısı və kimyəvi zəhərlənmə veteranı olan Şəhid İrlu ezamiyyətdə olduğu yerdə koronavirusa yoluxmuş və bəzi ölkələrin İrlunun köçürülməsi ilə bağlı əməkdaşlıq etməməsi səbəbindən təəssüf ki, əlverişsiz şəraitdə ölkəyə qayıtmağa məcbur olmuşdur. Ölkəyə qayıtdıqdan sonra dərhal müalicə prosesi başlansa da bu, nəticəyə verməmiş və Həsən İrlu bu gün səhər həyatını itirmişdir.”

İran Xarici İşlər Nazirliyində Yəmən məsləhətləşmələr masasının rəhbəri olan Həsən İrlu müharibə başlayandan sonra İranın Yəmənə humanitar yardımının koordinatoru vəzifəsində çalışmışdır. Bundan əlavə o, 2015-2020-ci illər ərzində Xarici İşlər Nazirinin Yəmən üzrə xüsusi köməkçisinin müavini olmuşdur.

Qeyd edək ki, İran İslam Respublikasının Yəməndəki yeni səfiri olan Həsən İrlu 2020-ci ildə etimadnaməsini Milli Qurtuluş Hökumətinin xarici işlər naziri Hişam Şərəfə, daha sonra Yəmənin Ali Siyasi Şurasının sədri Mehdi Məşata təqdim etmişdi.

Related posts

Qəzzada kütləvi məzarlıqlar…

Azərbaycan və İran generallarının görüşü baş tutub – FOTO

ABŞ beynəlxalq məhkəməni hədələyir!