İşğalçılara qarşı anti-sionist əməliyyatları davam edir

İsrail mediaları fələstinlilərin anti-israil əməliyyatlarında 3 sionisttin soyuq silahla yaralandığından xəbər verirlər.

Təsnim İnformasiya Agentliyinin məlumatına əsasən, bu gün (6 sentyabr) işğal olunmuş Fələstin torpaqlarında ayrı-ayrı zamanlarda müxtəlif anti-sionist əməliyyatları keçirilsə də insident amillərinin şəxsiyyətləti elan olunmayıb. Amma yerli qaynaqlar amilin şəhid olduğunu elan ediblər. Deyilənlərə görə soyuq silahla vurulan sionistlərin vəziyyəti ağırdır.

Bəzi mənbələrə görə əməliyyatın icraçısı sionist hərbçilər tərəfindən güllələnib.

Bu əməliyyatdan sonra işğal olunmuş qüdsdə Babul Xəlil məntəqəsində ciddi təhlükəsizlik tədbirləri başlanıb və gün boyu sionist helikopterləri şəhərin səmasında uçuşub.

Digər bir məlumatda anti-sionist əməliyyatının şərqi Qüdsün qədim məhəllələrindən olan 17 yaşlı fələstinli tərəfindən edildiyi deyillir.

Həmçinin ibri dilli medialar Qəzzə yaxınlığındakı Beirri ərazisində bir hərbi avtomobilin qəza nəticəsində tamamilə məhv olunduğu və 9 hərbçinin yaralandığı barədə məlumatlar yayıblar.

Related posts

Sionist qəsəbə sakinləri Qəzzə humanitar yardım maşınlarının qarşısını alıb

Sionist rəsmi: İsrail 100 illik yubileyinə çatmayacaq

16 il fasilədən sonra Əl Qəssam-Gyuati qarşılaşdı