İşğalçı rejimin Qüdsdəki xəstəxanaya vəhşicəsinə hücumu və uşaqların həbsi

Qafqaztimes xəbər verir ki, Russia Today-in verdiyi məlumata görə, İsrail ordusu bazar günü gecə işğalda olan Qüds şəhərinin Əl-Tur bölgəsindəki Əl-Məqasid xəstəxanasına hücum edərək 3 fələstinli uşağı həbs edib.

Fələstinli mənbələr Əl-Tur bölgəsində yaşayan fələstinlilərlə İsrail qüvvələri arasında qarşıdurmaların bazar günü axşam saatlarında bölgədə bir sionistin avtomobillə vurulmasından sonra şiddətləndiyini və üç uşağın həbs edildiyini söyləyiblər.

Fələstinli mənbələr həmçinin qeyd ediblər ki, İsrail hərbiçiləri bir çox fələstinli gənci təqib etmək və həbs etmək üçün əl-Tur bölgəsindəki Əl-Məqasid xəstəxanasına basqın etmişlər.

İşğalçı rejim tərəfindən fələstinli uşaqların həbsi bu il açıq şəkildə artıb. Fələstinli Əsirlərin İşi Üzrə Komitənin məlumatına görə, bu ilin əvvəlindən bəri işğalçılar tərəfindən saxlanılan fələstinli uşaqların sayı minə çatıb.

Related posts

Franklin: Yəhudilər…

Sionist rejim: Robio İsrailin sevimli dostudur

Yəhudilər…