İşğalçı rejim Cenin düşərgəsinin giriş arkosunu dağıtdı

Sionist rejim buldozerləri bu gün səhər (30 oktyabr) İordan çayının qərb sahilində yerləşən Əl Hisan meydanında Cenin düşərgəsinə giriş arkosunu darmadağın edib.

Əl Aləm telekanalının məlumatına əsasən, Əl hisan meydanı və Cenin düşərgəsinə giriş arkosu fələstinlilər üçün simvolik əhəmiyyət daşıdığı üçün sionistlər bu simvolu da məhv etmək qərarına gəlib.

Məlumata görə bu arko 2002-ci ildə sionistlərin Ceninə hücumu zamanı onların təcili yardım maşınlarını hədəfə alan fələstinlilər bu avtomobilin qalıqları ilə onu düzəltmişdilər.

Qeyd edək ki, sionistlər 7 oktyabr hücumundan sonra Ceninə də elektrik verilməsini dayandırıblar. Onlar qəsdən elektrik naqillərini partladıb məhdudiyyətlər yaratmağa çalışırlar.

İnformasiya qaynaqları xəbər verir ki, sionist rejimin fələstinlilərin simvolik Cenin arkosunu dağıtdıqdan sonra ceninli gənclərlə bir neçə saat qarşıdurma yaşandıqdan sonra buldozerlər geri çəkilmək məcburiyyətində qalıb. Bu qarşıdurmada 4 fələstinli şəhid olub və 7 nəfər də yaralanıb.

Related posts

Qəzza onun kompası kimi, Yəmən dəniz müharibəsinin qaydalarını yenidən yazır

Sənanı sındırmaq: ABŞ-İsrailin Yəmənə qarşı kiber müharibəsi

“Müharibəyə görə kompensasiya və təhlükəsizlik zəmanətləri”: İran ABŞ-la nüvə danışıqları üçün şərtlər qoyur