İrlandiyalı deputat: İsrailin 70 illik cinayətlərinə görə niyə sanksiyalar tətbiq etmirsiniz?

QafqazTimes xəbər verir ki, irlandiyalı deputat Qərbin ziddiyyətli davranışlarını tənqid edərək, Qərbin beş gündür Rusiyaya qarşı sərt sanksiyalar tətbiq etdiyini, lakin yetmiş ildir ki, sionist rejimə qarşı heç bir sanksiya tətbiq olunmadığını vurğulayıb.

İrlandiyalı deputat Riçard Boyt Bart verdiyi açıqlamada Qərb və ABŞ-ın Rusiya və sionist rejimlə münasibətdə ikili standartlarını tənqid edərək deyib: “Sionist rəsmilər ədalət qarşısında cavab verməlidirlər.”

Bart Ukrayna-Rusiya böhranı zamanı Moskvaya, Rusiya rəsmiləri və qurumlarına qarşı sanksiyalar tətbiq edən Qərb ölkələri və ABŞ-a müraciət edərək deyib: “Sionistlər irqi ayrı-seçkilik edirlər, indi siz Vladimir Putinə qarşı tətbiq etdiyiniz sanksiyaların eynisini onlara da tətbiq edəcəksinizmi?!”

O, həmçinin Avropa ölkələrinin ərəb xalqlarına, xüsusən də Fələstin xalqına qarşı “aşağı irq” kimi rəftarını tənqid edərək deyib: “Putinin davranışını ən pis şəkildə təsvir edirsiniz, elə isə İsrailin Fələstin xalqına qarşı rəftarını da eyni şəkildə təsvirə çəkəcəksinizmi?”

Related posts

BMT baş katibi: Qəzzadakı müharibə – açıq yaradır

ABŞ-ın əsil siması

Kuba: İsrailin Rəfəhə hücumu fələstinlilərin soyqırım sayını artırır