İrlandiya MOSSAD-ın HƏMAS komandirinə sui-qəsd üçün saxta pasportdan istifadə etdiyini ifşa edib

Qafqaztimes xəbər verir ki, İrlandiya Respublikasının işğal olunmuş Fələstindəki səfirliyi bazar günü elan edib ki, İsrail kəşfiyyat agentliyi (Mossad) Həmas komandirinə sui-qəsd etmək üçün İrlandiya pasportlarından istifadə edib.

“Jerusalem Post”un məlumatına görə, bir twitter istifadəçisi İrlandiya Respublikasının xarici işlər naziri Simon Kouninin altı fələstinli insan haqları qrupunun terrorçu qrup olmasının sübuta yetirilməməsi ilə bağlı söylədiyi fikirlərə cavab olaraq yazıb: Dublin Təl-Əvivlə diplomatik əlaqələri olduğuna görə sionist rejimin iddiasına inanmalıdır.

İrlandiya Respublikasının işğal olunmuş Fələstindəki səfirliyinin twitter hesabı bu twitter istifadəçisinə cavab olaraq bildirib ki, sionist rejimin daxili kəşfiyyat xidməti (Şabak) tərəfindən bu qruplara qarşı irəli sürülən ittihamlar sübuta yetirilə bilməz.

Bu twitter hesabı həmçinin qeyd edib: “Diplomatik münasibətlər əhəmiyyətlidir, lakin bu cür əlaqələrdən sui-qəsd əməliyyatlarında istifadə olunmaq üçün istifadə edilərsə etimadın zədələnəcəyini başa düşmək olar.”

Related posts

Fatimeyi-Zəhranın (s) davamçısı olmaq

Yəmən Amerikanın F-18 qırıcısını vurdu. Amerika-İngiltərə qüvvələri geri çəkilməyə məcbur oldu

Amerika və İsrailin Yəmənin qarşısında aciz qalmasının sirri