İraqda Türkiyə səfirliyi qarşısında etiraz aksiyaları + Video

QafqazTimes xəbər verir ki, qəzəbli İraq xalqı çoxlu sayda dinc sakinin öldürülməsi və yaralanmasına səbəb olan Türkiyə ordusunun hava hücumuna etiraz ediblər.

İraq mediası Türkiyə səfirliyini qəzəbli etirazçılardan qorumaq üçün kütləvi iğtişaşlara qarşı qüvvələrin yerləşdirildiyini bildirib.

“Əl-Əhd” saytının müxbiri də etirazçıların Türkiyə səfirliyinə daxil olmasının qarşısını almaq üçün Türkiyə səfirliyi ətrafında geniş təhlükəsizlik tədbirlərinin görüldüyünü açıqlayıb.

Bu xəbərə görə, etirazçılar İraq hökumətindən Türkiyənin təkrar təcavüzünün qarşısını almaq üçün ciddi tədbirlər görməsini tələb ediblər.

Məlumata görə həmçinin Kərbəla və Nəcəf Əşrəfdə də oxşar nümayişlər keçirilib, Türkiyəyə viza verən mərkəzlər bağlanıb.

“Sabirin News” teleqram kanalı Türkiyə səfirliyi qarşısında keçirilən nümayişin videosunu da yayımlayıb.

Qeyd edək ki, İraq xəbər mənbələri çərşənbə günü axşam Türkiyə ordusunun bu ölkənin şimalına artilleriya hücumu etdiyi və bir top mərmisinin İraqın Kürdüstan bölgəsindəki bir turizm mərkəzinə düşməsi barədə məlumat yaymışdılar.

İraq mediası bu hücumdan sonra çoxlu mülki vətəndaşın öldüyünü, bir neçəsinin isə yaralandığını bildirib. Bu xəbərin dərcindən bir neçə dəqiqə sonra İraq Təhlükəsizlik İnformasiya Mərkəzi medianın bu xəbərini təsdiqləmiş və bu hücum nəticəsində 9 nəfərin öldüyünü və 23 nəfərin isə yaralandığını bildirmişdir.

Related posts

Franklin: Yəhudilər…

Yəhudilər…

Yəmən: Amerikanın “Abraham” təyyarədaşıyan gəmisini vurduq