İraqlı etirazçılar Türkiyə səfirliyinə hücum ediblər + Video

QafqazTimes xəbər verir ki, İraq xəbər mənbələri dünən axşam saatlarında Türkiyə ordusunun bu ölkənin şimalına hücumu zamanı top mərmisinin Zaxo şəhərinə (İraqın Kürdüstan bölgəsindəki istirahət mərkəzin) düşdüyünü, nəticədə 9 nəfərin öldüyünü və 31 nəfərin yaralandığını bildiriblər.

Türkiyənin Kürdüstan Fəhlə Partiyası (PKK) üzvlərinə qarşı mübarizə bəhanəsi ilə həyata keçirdiyi bu hərbi əməliyyat İraq xalqı arasında böyük etiraz dalğasına səbəb olub.

Əl-Qədir xəbər agentliyi cümə axşamı günortadan sonra yüzlərlə iraqlının, xüsusilə bu ölkənin gənclərinin Türkiyənin Bağdaddakı səfirliyi qarşısında nümayiş keçirərək qəzəblərini ifadə etdiyini bildirib.

Əl-Qədirin sözlərinə görə, yüzlərlə Bəsrəli bu gün bu şəhərdəki Türkiyə konsulluğu qarşısında nümayiş keçirib. Etirazçılar aksiya zamanı Türkiyə bayrağını yandırıblar.

Sabrin News Telegram kanalı da nümayişçilərin bu ölkənin Bağdaddakı səfirliyi qarşısında Türkiyə bayrağını yandırdığını bildirib.

Shafaq News xəbər verib ki, yüzlərlə etirazçı yenidən Bağdadın Əl-Vəziriyyə bölgəsində Türkiyə konsulluğu qarşısında toplaşıb. Etirazçılar iki dəfə konsulluğa girməyə cəhd etsə də, təhlükəsizlik qüvvələri onlara mane olublar.

Bağdadda etirazçılar Türkiyə səfirinin İraqdan çıxarılmasını və Ankara ilə iqtisadi və diplomatik əlaqələrin kəsilməsini tələb edirlər. Bir təhlükəsizlik mənbəsi həmçinin nümayişçilərin iğtişaş əleyhinə qüvvələrlə toqquşduğunu da bildirib.

Related posts

Fatimeyi-Zəhranın (s) davamçısı olmaq

Yəmən Amerikanın F-18 qırıcısını vurdu. Amerika-İngiltərə qüvvələri geri çəkilməyə məcbur oldu

Amerika və İsrailin Yəmənin qarşısında aciz qalmasının sirri