İraqın şimalında iki türk əsgəri həlak olub

QafqazTimes xəbər verir ki, Türkiyə Müdafiə Nazirliyi İraqın şimalında yerləşən “Əl-Mixləb-əl-Quful” bölgəsində PKK qüvvələri ilə qarşıdurmada iki əsgərinin həlak olduğunu açıqlayıb.

“Əl-Mənar” telekanalının xəbərinə görə, İraqın Kürdüstan bölgəsi üzrə Terrorla Mübarizə İdarəsi isə Mosulun qərbində Türkiyənin pilotsuz təyyarəsinin bir avtomobilə endirdiyi hava zərbələri nəticəsində biri qadın olmaqla 5 PKK üzvünün öldürüldüyünü bildirib.

İraq prezident aparatı Türkiyənin bu ölkədəki hərbi əməliyyatlarını pisləyərək bunu İraqın suverenliyinin pozulması və ölkənin milli təhlükəsizliyinə təhdid adlandırıb.

Related posts

Yəhudilər qaçır!

Qəzza…

Dünyanı kim qarışdırır?