İraqın Kürdüstan bölgəsinin İranla sərhədində ordu yerləşdiriləcək

QafqazTimes xəbər verir ki, bazar ertəsi İraq Parlamentinin Təhlükəsizlik və Müdafiə Komissiyasının müavini Sekfan Sandi İraq mərkəzi hökumətinin vəsaitlərindən istifadə edərək, İraq Kürdüstanı bölgəsinin İranla ortaq sərhədlərini qorumaq üçün iki yeni hərbi briqadanın yaradılmasını elan edib.

“Shafaq News” saytının məlumatına görə, bu addım İraq Milli Təhlükəsizlik Nazirlər Şurasının bu ölkənin baş naziri Məhəmməd Şia əl-Sudaninin sədrliyi ilə keçirilən iclasından sonra qəbul edilən qərar əsasında atılıb.

Bu görüşdə İraq sərhədçilərinin yenidən yerləşdirilməsi və İran və Türkiyə ilə ümumi sərhədlər boyunca sərhəd postlarının gücləndirilməsi planının həyata keçirilməsinin zəruriliyi vurğulanıb.

Sandinin sözlərinə görə, bu iki hərbi briqada İraq Kürdüstanının sakinlərindən təşkil olunacaq və onların yaradılması üçün maliyyə vəsaiti federal hökumətin büdcəsindən ayrılacaqdır.

Bu xəbərə görə, iki briqadanın qüvvələri İraqın Kürdüstan bölgəsinin sərhədlərinə yerləşdiriləcək.

İraqın Milli Təhlükəsizlik Şurası hərbi rəsmilərin və “Peşmərgə” qüvvələrinin komandanlığının iştirakı ilə iclas keçirərək, İran və Türkiyə sərhədlərində sərhəd mühafizəsinin gücləndirilməsi və bununla bağlı 4 qətnamənin təsdiqini elan edib.

Related posts

Yəhudilər qaçır!

Qəzza…

Dünyanı kim qarışdırır?