İraqda Ərbəin ziyarətinin yeni görüntüləri +Foto

Qafqaztimes xəbər verir ki, Ərbəin ziyarəti yaxınlaşdıqca, koronavirus məhdudiyyətlərinə baxmayaraq, İraqın hər yerindən olan İmam Hüseyn (ə) aşiqləri, əvvəlki illərdə olduğu kimi, o İmamın(ə) Kərbəladakı müqəddəs hərəminə doğru addımlayırlar.

Bu il, koronavirusun yayılması səbəbiylə, dünya aşiqlərinin və şiələrin Kərbəlaya səfəri məhduddur və İmam Hüseyn (ə) və Həzrət Abbasın (ə)-ın hərəmlərinin verdiyi məlumata görə yalnız 59 xeyməyə lisenziya verilmişdir, lakin şiələr və müxtəlif şəhərlərdən olan İraqlı aşiqlər Kərbəlaya doğru yürüşə başladılar.

Əl-Müsənna əyalətindəki Əl-Səmavə şəhəri, zəvvarların durduğu məntəqələrdən biridir. Cənubdakı Bəsrə, Zi Qar və Meysan əyalətlərindən gələn zəvvarlar bu əyalətdən keçirlər. Bu əyalət təxminən dörd gün ərzində Ərbəin zəvvarlarını qəbul edəcək.

Qafqaztimes “Əl-Kəfil” saytında yayımlanan bu şəhərin və İmam Hüseyn zəvvarlarının gəlişinin fotolarını sizə təqdim edir:

Related posts

Qəzza onun kompası kimi, Yəmən dəniz müharibəsinin qaydalarını yenidən yazır

Sənanı sındırmaq: ABŞ-İsrailin Yəmənə qarşı kiber müharibəsi

Lavrov Suriya prezidentini Rusiya–Ərəb sammitində iştirak etməyə dəvət edib