İraq: Sionist rejimlə iqtisadi əlaqələr quran ölkələrə sanksiya tətbiq olunsun

Qafqaztimes xəbər verir ki, bazar ertəsi günü İraq parlamenti sədrinin birinci müavini Həsən əl-Kabi, sionist rejimlə iqtisadi əlaqələri olan ölkələrə qarşı sanksiyaların tətbiq edilməsini istəyib.

Mawazin News-un verdiyi məlumata görə, Əl-Kabinin ofisi rəsmi açıqlamasına görə, o, İslam Əməkdaşlıq Birliyinin Tehrandakı xüsusi iclasında Birləşmiş Millətlər Təşkilatını sionist rejimin Qüds, Qəzza və digər Fələstin şəhərlərinə hücumlarını qınayan qərarlar qəbul etməyə çağırıb.

Əl-Kaabi belə qeyd edib: “Sionistlərin bu hücumları, BMT və Təhlükəsizlik Şurasının bütün qanunlarını pozduğuna görə müharibə cinayətləri kimi qiymətlənməsi və Fələstin xalqına bu hücumların verdiyi bütün maddi və mənəvi ziyanlara görə kompensasiya verilməsi üçün beynəlxalq birliyə təzyiq göstərilməlidir.”

İraq Parlamenti sədrinin birinci müavini, Netanyahu və onun cinayətkar dəstəsinin Beynəlxalq Cinayət Məhkəməsi tərəfindən qəbul edilən qaydalara uyğun olaraq mühakimə olunmasının vacibliyini vurğulayaraq deyib: “Maliyyə və ticarət əlaqələrinə tətbiq edilən sanksiyalar yolu ilə işğalçı rejim və onu dəstəkləyən bu ölkələrlə iqtisadi əlaqələr yenidən nəzərdən keçirilməlidir.”

Related posts

Yəhudilər qaçır!

Qəzza…

Dünyanı kim qarışdırır?