İraq müqaviməti yenə sionist rejimin mövqelərini hədəfə aldı

İraq İslam Müqaviməti bu gün (9 may) bəyanat yayaraq sionist rejimin işğal olunmuş Fələstindəki hərbi mövqelərini hədəfə aldığını elan edib.

İRNA-nın Əl Məyadin telekanalına istinadən verdiyi məlumata əsasən İraq İslam Müqavimətinin bəyanatında deyilir: Sionist rejimin işğal olunmuş Fələstinin qərbində yerləşən Təbəriyya gölməçəsi ətrafındakı hərbi mövqeyinə hücum etdik.

Qeyd edək ki, İraq İslam Müqaviməti işğal olunmuş Fələstinə ötən əməliyyatlarında da Qəzzədə cinayətlərinə son qoymayınca, sionist rejim mövqelərinə hücumu davam etdirəcəyi barədə xəbərdarlıq etmişdi.

Xatırladaq ki, may ayının 8-də də   İraqın baş naziri HƏMAS hərəkatının siyasi ofisinin rəhbəri ilə telefon danışığında ölkəsinin sionist rejimin təcavüzünə qarşı olacağı, Fələstin xalqının yanında olacağını vurğulamışdı.

Related posts

Qəzza onun kompası kimi, Yəmən dəniz müharibəsinin qaydalarını yenidən yazır

Sənanı sındırmaq: ABŞ-İsrailin Yəmənə qarşı kiber müharibəsi

Lavrov Suriya prezidentini Rusiya–Ərəb sammitində iştirak etməyə dəvət edib