İraq Müqaviməti: Şəhidlər torpağında işğalçılara yer yoxdur

Qafqaztimes xəbər verir ki, Əl-Məyadin telekanalının məlumatına görə İraq Müqavimət Koordinasiyası Şurası bəyanat yayaraq, ABŞ qüvvələrinin İraq xalqının ölkəni tərk etmək tələblərini yerinə yetirməkdə ciddi olmadığını bildirib.

İraq müqaviməti əlavə edib: “ABŞ-a İraqı tərk etmək fürsətinin verildiyi dövrdə hökumətin işğalçıları ölkədən çıxartmaq vəzifəsini yerinə yetirməsi üçün maksimum təmkinli davrandıq.”

Bəyanatda həmçinin deyilir: “Amerikanın işğalçı qüvvələrin özlərini rahat hiss edəcəyi, onların bazalarının İraqda sülh və sabitlik içində olacağına dair röyaları heç vaxt reallaşmayacaq və biz bu təcavüzkar qüvvələri İraqdan rüsvayçılıqla çıxaracağıq”.

İraq Müqaviməti Koordinasiya Şurası bəyan edib: Şəhidlər və müqəddəslər diyarında işğalçıya yer yoxdur və millətlərin öz torpaqlarını müdafiə etməsi onların ayrılmaz bir haqqı, mənəvi və milli borcudur.

Related posts

Siyasi qumarbazlar

Qırmızı dənizdə Amerika qırıcısı səhvən vuruldu

Ayətullah Xamenei: İslam Respublikasının təmsilçi qüvvəyə ehtiyacı yoxdur