İraq müqaviməti işğal olunmuş Cövlan yüksəkliklərinə hücum etdi

İraq İslam Müqaviməti dəstələri sionist rejim tərəfindən işğal olunmuş Cövlan yüksəkliklərini dronla hədəfə aldıqlarından xəbər veriblər.

Təsnim İnformasiya Agentliyinin məlumatına əsasən, İraq İslam Müqaviməti dəstələri bu gün (1 may) bəyanat yayaraq elan edib: Mücahidlərimiz pilotsuz uçuş aparatları ilə Cövlan yüksəkliklərində sionist rejimin həssas mövqelərini hədəfə aldı.

İraq İslam Müqaviməti dəstələrinin bəyanatdında həmçinin deyilir: Bu hücum məhz sionist rejimin Qəzzə zolağında fələstinli qadın, uşaq və qocalara qarşı çirkin cinayətləri və soyqırımına etirazdır.

Xatırladaq ki, ötən həftə də İraqdakı İslam Müqaviməti döyüşçüləri müqavimətin işğalçılıq qarşısındakı yanaşmasının davamında Qəzzə əhalisinə dəstək və qəsbkar sionist rejimin fələstinli mülkilərə, o sıradan uşaqlar, qadınlar və yaşlılara qarşı qətli-amlarına cavab olaraq işğal olunmuş Cövlandakı həyati bir hədəfi bir neçə PUA ilə hədəfə almışdı

Related posts

Bayden Yəməndəki fövqəladə vəziyyəti 1 il uzatdı

Hizbullah sionist rejim kəşfiyyat təchizatını məhv etdi

İraq İslami Müqaviməti sionist rejim limanına hücum etdi