İraq liderlərinin Sədrin üzrxahlığına reaksiyası

QafqazTimes xəbər verir ki, bəzi İraq rəsmiləri və siyasətçiləri ötən gün (çərşənbə axşamı) ayrı-ayrı açıqlamalarında Sədr hərəkatının lideri Seyid Müqtəda Sədrin son mövqeyinə, İraq xalqından üzr istəməsinə və tərəfdarlarından qarşıdurmalara son qoymalarını istəməsinə görə təşəkkür ediblər.

İraq hökumətinin rəsmi xəbər agentliyi olan “Vaa”nın məlumatına görə, İraq Kürdüstanının rəhbəri Niçrəvan Barizani açıqlamasında deyib: “Biz Seyid Müqtəda Sədrin mövqeyini və onun gərginliyə son qoyma tələbini alqışlayır və tərəfdarlarının Yaşıl Zonadan çəkilməsini dəstəkləyirik.”

İraqın Kürdüstan bölgəsinin başçısı əlavə edib: “Ümid edirik ki, təhlükəsizlik və sabitlik bütün ölkədə hökm sürəcək. Bir daha bütün tərəfləri problemlərin həlli və İraqı bu çətin vəziyyətdən xilas etmək üçün danışıqlara dəvət edirik.”

İraqın milli təhlükəsizlik müşaviri Qasim Əl-Ərəci twitter-də ​​bugünkü mövqeyinə görə Seyid Müqtəda Sədrə təşəkkür edərək, yazıb: “Cənab Müqtəda, təşəkkür edirəm, sən böyüksən.”

Ən-Nəsr koalisiyasının rəhbəri Heydər əl-İbadi bir tvitində bütün silahlı şəxslərin İraqın yaşıl zonasından və küçələrindən dərhal geri çəkilməsinin vacibliyini vurğulayaraq, deyib: “Hazırda hökumətin müdafiəsiz qalmasına heç bir əsas yoxdur. Xüsusilə Seyid Müqtəda Sədrin hərəkatın tərəfdarı olduğunu iddia edənləri geri çəkmək məqsədi ilə etdiyi bugünkü çıxışdan sonra.”

“Ən-Nəsr” koalisiyasının rəhbəri həmçinin ​​bildirib: “Ağıllı insan vətəndaşların həyatını təhlükəyə atan, vətənin və onun övladlarının maraqlarını zəiflədən puç müharibəyə qayıdışın qarşısını almaq üçün həll yolları tapmalıdır.”

Related posts

Dünyanı kim qarışdırır?

Qərbdə Həmasa dəstək

Etirazın təsiri…