İraqda homoseksuallığı qadağan edən qanun qəbul ediləcək

QafqazTimes xəbər verir ki, İraq Parlamentinin Hüquq Komissiyası ötən gün (cümə) bu ölkədə homoseksuallığı qadağan edən qanun layihəsinin qəbul edilməsi üçün parlamentdə addımlar atıldığını açıqlayıb.

İraqın rəsmi xəbər agentliyi (WAA) qanun komitəsinin üzvü Arif əl-Hamamiyə istinadən bildirib: “Parlament daxilində razılığa gəlinib ki, parlamentin işi normallaşdıqdan sonra ölkədə homoseksuallığı qadağan edən qanunun təsdiqi üçün imzalar toplanacaq.”

Əl-Hamami deyib: “Belə bir qanunun təsdiqi homoseksuallığı və bununla bağlı olan cinsi azğınlıqları qadağan edən hüquqi müddəaları gücləndirəcək.”

İraqın hüquq ekspertlərindən olan Əli Əl-Təmimi isə bu barədə deyib: “İraq Cəza Məcəlləsinin 393-cü maddəsində cinsi azğınlıq və ya homoseksuallıq üçün ölüm cəzası nəzərdə tutulmuşdur.”

O, daha sonra əlavə edib: “Həmçinin 2001-ci il tarixli 234-cü qanunda zina, homoseksuallıq və bu işlər üçün dəllallıq edən şəxslər üçün ölüm cəzası nəzərdə tutulur.”

Sədr hərəkatının lideri Seyid Müqtəda əs-Sədr də daha əvvəl bu ölkədə homoseksualizmə qarşı mübarizə üçün xüsusi bir günün təyin edilməsi barədə təklif irəli sürmüşdü.

Sədr hərəkatının lideri Twitter hesabında dərc etdiyi bir tvitdə deyib: “Homoseksuallarla bağlı həqiqət budur ki, Allah-təala möhlət verir, amma diqqətdən kənarda qoymur. Ona görə də mən ilk növbədə onları tövbəyə çağırıram.”

Müqtəda əs-Sədr həmçinin homoseksuallıq haqqında qanunu təsdiqləyən bütün ölkələrdən “meymun çiçəyi”nin və ya “homoseksual çiçək” adı ilə tanınan bəla və epidemiyanın qarşısını almaq üçün bu qanunu dərhal ləğv etməyi tələb edib.

Related posts

Yəmən Amerikanın F-18 qırıcısını vurdu. Amerika-İngiltərə qüvvələri geri çəkilməyə məcbur oldu

Amerika və İsrailin Yəmənin qarşısında aciz qalmasının sirri

Siyasi qumarbazlar