Baydenin Təl-Əvivə səfər proqramı müəyyən olundu

QafqazTimes xəbər verir ki, ABŞ prezidenti Co Bayden işğal olunmuş ərazilərə səfər planlarını müəyyən edib. Bu, onun Təl-Əvivə və İordan çayının qərb sahilinə 10-cu səfəri olsa da, bu səfər öz növbəsində misli görünməmiş bir çox görüşləri əhatə edəcəkdir.

“Russia Əl-yovm” xəbər saytının məlumatına görə, Bayden çərşənbə günü (13 iyul) günortadan sonra Ben-Qurion hava limanına daxil olacaq və sionist rejimin müvəqqəti baş naziri Yair Lapid 2013-cü ildən bu yana Baydenlə ikinci görüşündə onu rəsmi qəbul edəcəkdir.

Bundan sonra Bayden sionist rejimin müharibə naziri Benni Qantzla birlikdə Təl-Əvivdə bir sıra təhlükəsizlik sistemlərinə baş çəkəcək. Bu görüş işğal olunmuş ərazilərin mərkəzində və hava limanının yaxınlığında yerləşən “Palmahim” aviabazasında keçiriləcək.

Bu görüşdə “Dəmir Günbəz” nəslindən olan yeni raketdən müdafiə sisteminin təqdimatı olunacaqdır. Bu açılış ABŞ-ın keçən il Qəzza ilə müharibədən sonra Təl-Əvivə 500 milyon dollar ayırması ilə əlaqədardır.

Səfərin ikinci gününün səhəri Bayden Lapid ilə birgə görüş və mətbuat konfransı keçirəcək. Sonra onlar Hindistanın baş naziri Narendra Modi və BƏƏ-nin əmiri Məhəmməd Bin Zayed Əl Nehyan ilə virtual görüşdə iştirak edəcəklər.

Related posts

Azərbaycan və İran generallarının görüşü baş tutub – FOTO

Bayden: Universitet antisemitizm məkanı deyil

İraq üçüncü dəfə sionist rejimin bir mövqeyini hədəfə aldı