İraq Hizbullahı: Türkiyə ABŞ-ın məğlubiyyətindən ibrət almalıdır

QafqazTimes xəbər verir ki, İraqın “Kətaib Hizbullah” hərəkatı cümə axşamı Türkiyənin son hərbi hücumuna reaksiya verərək, bunu İraqın suverenliyinin pozulması adlandırıb.

Hərəkat öz Telegram kanalında yaydığı bəyanatda Türkiyənin İraqa təcavüzünü davam etdirməsinin təkcə onun suverenliyinin pozulması deyil, həm də xalqına və hökumətinə təhqir olduğunu vurğulayıb.

İraq hökumətinin bu təcavüzlər qarşısında susmaqdan başqa heç bir iş görmədiyini deyən Hizbullah, bəzi siyasi qruplarla əməkdaşlığı və onların süstlüyü Türkiyəni İraq ərazilərini işğal etməyə cəsarət verdiyini bildirib.

Türkiyənin mülki şəxslərə qarşı çirkin cinayətlər törətdiyini qeyd edən hərəkat Ankaranın həmçinin İraqı Dəclə və Fəratdakı su hüquqlarından məhrum etdiyini, mehriban qonşuluq və suverenlik prinsipinə hörmət etmədiyini vurğulayıb.

İraq Hizbullahı qeyd edib ki, yalnız Türkiyənin İraqdakı maraqlarını təhlükə altına qoyan təhlükəsizlik, iqtisadi və ticari planlar bu ölkənin düşmənçilik siyasətini kənara qoymasına səbəb olacaqdır.

İraq hərəkatı sonda İraq xalqı və müqavimətinin Türkiyənin təcavüzü ilə mübarizə aparmağa və ərazilərini türk işğalından təmizləməyə hazır olduqlarını vurğulayaraq deyib: “Bu ölkə Amerika işğalından dərs almalı və İslam müqavimətinin bu ölkəyə necə alçaldıcı bir məğlubiyyət yaşatdığını bilməlidir.”

Related posts

Dünyanı kim qarışdırır?

Qərbdə Həmasa dəstək

Etirazın təsiri…