QafqazTimes xəbər verir ki, İraq Hizbullahının təhlükəsizlik rəhbəri Əbu Əli əl-Əskəri dünən İŞİD terrorçularının Diyala əyalətinin Əl-Əzim bölgəsində 11 iraqlı hərbçinin ölümünə səbəb olan hücumu ilə bağlı danışarkən deyib: “Ölkə daxilindəki İŞİD tərəfdarları ifşa edilməli və onlarla mübarizə aparılmalıdır.
Əl-Məyadin telekanalının məlumatına görə, əl-Əskəri belə qeyd edib: “İŞİD-lə mübarizə aparmaq üçün İŞİD-i dəstəkləməkdə rolu olan siyasətçilərin burnunu yerə sürtmək lazımdır”.
O, belə açıqlama verib: “Keçən ay bir siyasətçi bir qəbilə şeyxi ilə əməkdaşlıq edərək yeni formada olan bir cinayətkar ordu qurub və İraq xalqının son ümidlərini məhv etmək üçün onun bir hissəsi Bağdada köçürülüb.”
İraq Hizbullah batalyonlarının təhlükəsizlik rəsmisi deyib: “Biz təhlükəsizlik xidmətlərini, Həşdu Şabini və müqaviməti birbaşa bu cinayətkarlarla mübarizəyə və onları ölkədən qovmağa çağırırıq.”
Qeyd edək ki, cümə günü İŞİD qalıqlarının Diyala vilayətinin mərkəzi olan Baqubadan 60 km şimalda yerləşən Əl-Əzim bölgəsində törətdiyi terror aktı nəticəsində azı 11 İraq əsgəri həlak olub.