BMT baş katibi Yəməndə atəşkəs çağırışı edib

QafqazTimes xəbər verir ki, BMT-nin baş katibi Antoni Quterreş Səudiyyə koalisiyasının Yəmənə qarşı hücumlarının artması və Sədə həbsxanasında partlayış nəticəsində 70 nəfərin həlak olmasının ardınca deyib: “Yəmən probleminin həllinə lazım olan şey atəşkəs və ciddi danışıqlara başlamazdan əvvəl ölkənin dəniz və hava yollarının yenidən açılmasıdır.”

O, BMT-nin Yəməndə daimi atəşkəsin yaradılması və müharibə və fəlakətli münaqişənin dayandırılması üçün hərtərəfli siyasi prosesin bərpası istiqamətində çalışdığını iddia edib.

BMT-nin baş katibi həmçinin Səudiyyə koalisiyasının son günlər Yəmənin Səna, Əl-Hudeydə və digər bölgələrinə hava hücumlarının davam etməsindən narahatlığını bildirib.

Quterreş bu sözləri BMT Baş Assambleyası üzvlərinin Nyu-Yorkdakı mənzil-qərargahında keçirilən xüsusi iclasında deyib.

Digər tərəfdən, BMT baş katibi Yəməndə atəşkəs yaratmağa çalışdığını iddia etdiyi bir zamanda ABŞ-Səudiyyə koalisiyası Yəmənin şimalını bombalamağa davam edir.

Təcavüzkar koalisiya ötən gecə Sananın müxtəlif bölgələrini ağır şəkildə hədəfə alıb. Səudiyyə-BƏƏ koalisiyası həmçinin cümə günü səhər saatlarında Səda vilayətində (şimal-qərb) bir mərkəzi həbsxananı və bir neçə başqa bölgəni hədəfə alıb. Təkcə mərkəzi həbsxanada 77 nəfər həyatını itirib, 138 nəfər isə yaralanıb.

Related posts

Qəzzada kütləvi məzarlıqlar…

Azərbaycan və İran generallarının görüşü baş tutub – FOTO

Bayden: Universitet antisemitizm məkanı deyil