İraq Hizbullahı: ABŞ ordusu ölkəni tərk edənə qədər mübarizə davam edəcək

Qafqaztimes xəbər verir ki, İraq Hizbullahının təhlükəsizlik rəsmisi Əbu Əli əl-Əskəri, ölkənin müqavimət qruplarının diplomatik nümayəndəlikləri hədəfə almağı qəbul edilməz hesab etdiyini vurğulayıb.

Əbu Əli twitter səhifəsində yazıb: ​​”Müqavimət qruplarının hədəfi budur ki, Bağdaddakı şər səfirliyi (ABŞ səfirliyi) belə bombalanmasın. İşğalçı ordu ilə mübarizə qərarı sadəcə İraqın qərarıdır və bunun hər hansı bir xarici tərəflə əlaqəsi yoxdur.”

O, işğalçı qüvvələr geri çəkilmədikcə ABŞ-ın işğalçı ordusuna qarşı mübarizənin dayanmayacağını qeyd edərək deyib: “İstənilən müqavimət yolu İraq xalqının təbii haqqıdır”

İraq Hizbullahının rəsmisi bildirib ki, İraq xalqının müqavimətinin məqsədi işğalçı qüvvələri İraqı tərk etməyə məcbur etmək və beləliklə parlamentin qərarının icrasını həyata keçirməkdir.

Related posts

İran: ABŞ-la heç bir əlaqəmiz yoxdur

İran əleyhinə yeni qətnaməyə reaksiya

Netanyahunu görən olub? ))