İranlı mühəndislər ticarət gəmisini PUA daşıyıcısına çevirdilər – FOTO

İran körfəzinin girişindəki gəmiqayırma müəssisəsində İran Hərbi Dəniz Qüvvələri keçmiş ticarət konteyner gəmisini pilotsuz uçuş aparatları üçün daşıyıcıya çevirirlər.

Yayılan peyk görüntülərinə və açıq mənbəli fotoşəkillərə əsasən, bundan sonra İslam İnqilabı Keşikçiləri Korpusunun İran bayraqlı konteyner gəmisi olan “Şahid Mahdavi” helikopter və dronları daşımaq üçün istifadə olunacaq.

Müvafiq işlər Hörmüz boğazı yaxınlığında Bəndər Abbasdakı İran Gəmiqayırma və Dəniz Sənaye Kompleksində aparılır.

Qeyd edilir ki, “Şahid Mahdavi” ən azı may ayından limandadır və o vaxtdan etibarən ticarət gəmisi üzərində iş gedir.

Related posts

Messi və yoldaşlarının maaşları bəlli olub –

Hindistanda azı şiddətli ildırımlar: Ölənlər var – FOTO

Romada dəbdəbəli mağazalara kütləvi şəkildə boya töküblər – FOTO