İranın yeni seçilmiş prezidenti Suriya prezidenti ilə telefon danışığı aparıb

Qafqaztimes xəbər verir ki, bazar ertəsi axşamı Suriya Prezidenti Bəşər Əsəd telefon danışığında Ayətullah Seyyid İbrahim Rəisini yenidən İran prezidenti seçilməsi münasibətilə təbrik edərək deyib: “İran təhlükəsizliyi sabitləşdirmək və həmişəki inkişafı qorumaq üçün Suriya hökumətinə və xalqına dəstək verməkdə tərəddüd etmir. “

Fələstin məsələsinin müsəlmanların birliyinin və müstəqil millətlərin inteqrasiyasının səbəbi olduğunu söyləyən Rəisi isə deyib: “Suriyadakı terror istilasının zirvəsində belə ölkənizin Fələstin xalqını dəstəkləməkdən çəkinməməsi sizin uzaqgörənliyiniz idi.”

O, belə əlavə edib: “Yeni hökumət Suriyanın yenidən qurulmasında fəal, geniş və təsirli bir şəkildə iştirak etməyi planlaşdırır.”

Suriya prezidenti həmçinin bu telefon danışığında İranın yeni hökumətinin işə başlaması ilə iki ölkə arasındakı əlaqələrin bütün sahələrdə genişlənəcəyinə ümidvar olduğunu bildirib.

Related posts

Demo+terror+kratiya

Rusiya və ABŞ arasında oyunun sonu

Almaniya: Cövlan təpələrinin işğalı beynəlxalq qanun pozuntusudur