Filippinli qadın qulluqçular Səudiyyə şahzadəsindən şikayət etdilər

Qafqaztimes xəbər verir ki, Saudileaks-in verdiyi məlumata görə, yeddi filippinli qadın işçi müasir köləliyə məruz qalmaları səbəbi ilə Səudiyyə şahzadəsinə qarşı iddia qaldırmışlar.

Fransanın Nanterre şəhərinin baş prokuroru, 2018-ci ilin oktyabr ayında 1970-1983-cü il təvəllüdlü yeddi filippinli qadın işçinin Səudiyyə kral ailəsinin bir üzvünü pis rəftar və işgəncə verməkdə ittiham edərək ona qarşı şikayət etdiklərini açıqlamışdır.

Dövlət ittihamçısı həmçinin əlavə edib: “Bu hadisələr 2008-2015-ci illərdə Fransadakı lüks bir mənzildə baş vermis və qeyd olunan şahzadə Fransadan qaçmağı bacarmışdır.”

Fransız prokuroru, bu yeddi qadından ifadə almaqda çətinlik çəkdiyini söyləyib.

Bu mənbə qeyd edib ki, bu işçilər şahzadəyə və onun ailəsinə xidmət etmək üçün Səudiyyə Ərəbistanında işə götürülmüşlər. Lakin onlar şahzadələrlə birlikdə başqa ölkələrə də səfər edirmişlər.

Related posts

Azərbaycan və İran generallarının görüşü baş tutub – FOTO

ABŞ beynəlxalq məhkəməni hədələyir!

Yəhudilər qaçır!