İranın XİN: İki ölkə və iki millət arasında qonşuluqdan daha üstün olan qohumluq əlaqələri vardır

Qafqaztimes xəbər verir ki, İran İslam Respublikasının prezidenti Seyid İbrahim Rəisinin səfəri çərçivəsində İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) 15-ci Zirvə toplantısında iştirak edən İranın xarici işlər naziri Hüseyn Əmir-Abdullahian azərbaycanlı həmkarı Ceyhun Bayramov ilə görüşüb. Abdullahian həm bu görüş, həm də iki ölkə prezidentlərinin görüşü barədə instagram səhifəsində belə yazıb: “Aşqabadda İƏT Sammiti çərçivəsində mənim Azərbaycan Xarici İşlər Naziri ilə müsbət və dostluq görüşüm oldu. Son həftələrdə iki ölkə arasında bu xoş görüşə hazırlıq görülmüşdü. Bu müqavilənin ölçüləri müxtəlifdir, iki ölkənin və xalqın maraqlarına uyğundur.”

O, əlavə edib: “Prezidentlərin iradəsi münasibətlərin hərtərəfli inkişafı istiqamətindədir. Tranzit, enerji, turizm, mədəniyyət və s. sahələrində əməkdaşlıq tərəflərin təkid etdiyi məqamlar arasında idi.”

Əmir Abdullahian qeyd edib: “İki ölkə və iki millət arasında qonşuluqdan daha üstün olan qohumluq əlaqələri vardır.”

İran XİN həmçinin deyib: “Azərbaycan prezidenti bizim narahatçılığımızla bağlı ümidverici fikirlər səsləndirdi və buna müvafiq addımlar atılacağını vurğuladı. İki prezidentin görüşündən bir gün əvvəl siyasi, diplomatik və təhlükəsizlik səviyyələrində mühüm məsləhətləşmələr aparılıb.”

Related posts

Bakıda avtomobil əvvəl digər maşına, sonra isə işıqfora çırpıldı – ANBAAN VİDEO

Yəhudilər qaçır!

Xırdalanda həyəcanlı anlar: Qadın özünü binadan atdı – VİDEO