İran İslam Respublikasının nazirinin Azərbaycana səfəri başlayıb

İranın neft naziri Cavad Oucinin Bakıya səfəri başlayıb.

Nazir iyunun 2-3-də Bakıda keçiriləcək Bakı Enerji Forumunda iştirak edəcək.

İranın neft naziri üç günlük səfər çərçivəsində ikitərəfli əlaqələrin inkişafına dair danışıqlar aparacaq, regional və beynəlxalq əməkdaşlıq perspektivlərini müzakirə edəcək.

Azərbaycan və İran arasında Xəzər dənizində neft və qaz yataqlarının işlənməsinə dair yeni anlaşmaların imzalanacağı gözlənilir.

Related posts

Suriya bu həftə Türkiyə vasitəsilə Azərbaycan qazını almağa başlayacaq

Suriyalı və israilli nazirlər cümə axşamı Bakıda görüşəcək

İran tərəddüd edərkən, Azərbaycan və İsrail irəliləyir