İranın Azərbaycandakı səfiri: Biz bölgədə sülhün möhkəmləndirilməsi təşəbbüsünü dəstəkləyirik

Qafqaztimes xəbər verir ki, İran İslam Respublikasının Azərbaycandakı səfiri Seyyid Abbas Musəvi twitter səhifəsində yazıb: “İran bölgədə sülhü, sabitliyi və inkişafı gücləndirmək üçün regional bir mexanizm yaratmaq təşəbbüsünü dəstəkləyir.”

İran səfiri belə əlavə edib: “Cənubi Qafqazın üç ölkəsi (Azərbaycan, Ermənistan və Gürcüstan) üstəgəl üç böyük qonşu ölkə (İran, Türkiyə və Rusiya) bölgənin mənafeyi uğrunda əməkdaşlıq edə bilərlər.”

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif keçən il Bakı, İrəvan, Tbilisi, Moskva və Ankaraya səfəri zamanı 3+3 bölgə mexanizmini təklif etmiş və bu, Qafqaz ölkələri, Rusiya və Türkiyə tərəfindən müsbət qarşılanmışdı.

Related posts

Qəzzada kütləvi məzarlıqlar…

İcra başçısının səsini eşitmədiyi üçün mikrofonla danışmağını istəyən əlil CƏZALANDIRILDI – FOTO

Azyaşlı ölümdən son anda xilas oldu – ANBAAN VİDEO