İranın Ərbəin Qərargahının rəisi: İraq quru sərhədlərinin açılması ilə bağlı göstəriş verməyib

Qafqaztimes xəbər verir, dünən gecədən etibarən sosial mediada və sosial şəbəkələrdə Ərbəin zəvvarları üçün quru sərhədlərinin, xüsusən də İranın Mehran və Şələmçə sərhəd keçid məntəqələrinin açılması ilə bağlı xəbərlər yayımlanır və bir çox insan bu təbliğatlarla zəvvarları sərhədlərə toplamağa çalışırlar.

İranın Ərbəin qərargahının katibi Əhməd Məhəmmədifər, İran mediasına verdiyi müsahibədə İraq hökumətinin quru sərhədlərini bağladığını bildirərək deyib: “İraq hökuməti xarici zəvvarları yalnız hava yolu ilə qəbul edir. Bu səbəbdən sərhədlərini əcnəbi zəvvarlar üçün bağlayıb və vizası olmasına baxmayaraq heç bir zəvvar quru sərhədlərindən İraqa daxil ola bilməz.”

O, sərhədlərin yenidən açılması ilə bağlı yayımlanan xəbərlərin doğru olmadığını qeyd edərək belə əlavə edib: “Quru sərhədləri Ərbəin zəvvarları üçün bağlıdır. Ancaq iş və təhsil vizası və ya müqaviləsi olan insanlar ötən aylarda olduğu kimi quru sərhədlərindən keçə bilərlər.”

Related posts

Yəhudilər qaçır!

Qəzza…

Dünyanı kim qarışdırır?