İranda universitet tələbələri İmam Xomeyninin vəfatının ildönümü ilə bağlı yürüş keçiriblər

QafqazTimes xəbər verir ki, İran İslam Respublikasında universitetlərinin bir qrup tələbəsi İslam inqilabının banisi İmam Xomeyninin vəfatının ildönümü ərəfəsində Tehran Universitetinin qarşısından İmam Xomeyninin(r.ə) hərəminə doğru yürüş ediblər.

Məlumata görə ölkə universitetlərinin bir qrup tələbəsi bu gün səhər Tehran Universitetinin qarşısında keçirilən mərasimdə iştirak edərək İmam Xomeyninin hərəminə tərəf piyada hərəkət ediblər.

Bu mərasimdə tələbələr həmçinin Abadan şəhərinin “Metropol” binasındakı qəzanın qurbanlarını yad etmiş və həyatını itirənlərin yaxınlarına başsağlığı vermişlər.

Daha sonra tələbələr yürüşlə bağlı bəyanatlarını oxuduqdan sonra mərhum İmam Xomeyninin hərəminə doğru yürüşlərinin davam ediblər.

Related posts

ABŞ-ın əsil siması

Kuba: İsrailin Rəfəhə hücumu fələstinlilərin soyqırım sayını artırır

İsraillə dostluq baha başa gəlir