İranda İngiltərəyə bağlı terror şəbəkəsi zərərsizləşdirilib

QafqazTimes xəbər verir ki, İran İslam Respublikasının İnqilab Keşikçiləri Korpusu Kerman əyalətində İngiltərə ilə əlaqəli və Kermanda son iğtişaşlar zamanı aktiv olan mütəşəkkil şəbəkənin həbs olunduğunu elan edib.

Elanın mətni belədir:

Bağışlayan və Mehriban Allahın adı ilə

Allahın lütfü və Kerman əyalətinin Sarullah korpusunun kəşfiyyat təşkilatında olan İmam Zamanın (ə) anonim əsgərlərinin dəqiq kəşfiyyat tədbirləri ilə birbaşa İngiltərədən olan ünsürlər tərəfindən idarə olunan və xüsusilə son iğtişaşlar zamanı təxribat planlarını istiqamətləndirmək üçün ölkə daxilində və xaricində fəal olan antiinqilabçı ünsürlərdən ibarət “Zoqros” adlı terror komandası aşkar edilərək xüsusi əməliyyat nəticəsində zərərsizləşdirilib.

Bu şəbəkənin zərərsizləşdirilməsi zamanı, son iğtişaşlarda planlaşdırma, istiqamətləndirmə, anti-təbliğat məzmunlu materialların hazırlanması və meydan fəaliyyətlərində iştirak edən onun 7 əsas üzvü və lideri ölkə daxilində həbs edilib, eyni zamanda kiber əməliyyatlar vasitəsilə onların istinad qrupları və kanalları da bloklanıb.

Həmçinin həbs edilən ünsürlər arasında ölkədən qaçmağa çalışan ikili vətəndaşlar da olub, lakin hər hansı bir planın həyata keçirilməsindən öncə Kerman vilayətində kəşfiyyat əməliyyatları vasitəsilə ilə saxlanılıblar.

Sonda vurğulanır: Hazırda İİKK Kəşfiyyat Təşkilatı bu şəbəkənin digər daxili və xarici ünsürlərini də müəyyənləşdirməkdədir, əlavə məlumat daha sonra veriləcək.

Related posts

ABŞ-ın əsil siması

İsraillə dostluq baha başa gəlir

ABŞ- Narkomanların idarə etdiyi dövlət: Kapitoli binasında kokain tapıldı – FOTO