İranda Hacı Şahin Həsənlinin anım mərasimi keçirildi

İslam İnqilabı Aliməqam Rəhbərinin Azərbaycanda rəsmi nümayəndəliyi dünən şiə məzhəbinin elm mərkəzi olan müqəddəs Qum şəhərində, Martın 2-də qəfildən dünyasını dəyişmiş azərbaycanlı din alimi Hacı Şahinin vəfatı münasibətilə anım mərasimi keçirildi.

ABNA İnformasiya Agentliyinin məlumatına əsasən, dünən (4 mart) Müqəddəs Qum şəhəri Höcətiyyə elmi hövzəsində şam namazından sonra təşkil olunan bu mərasimdə Beynəlxalq Əhli-Beyt (ə) Assambleyası, Beynəlxalq Camiətül Mustafa Universiteti, Aliməqam Rəhbərin mərkəzi ofisi və görkəmli mərcə təqlidlərinin nümayəndələri ilə bərabər digər təşkilatların üzvləri iştirak edib.

Mərasimdə höccətül islam Əli Əkbər Ocaq Nejad və Beynəlxalq Əhli-Beyt (ə) Assambleyasının rəsmi bəyanatları qiraət edilib.

Bəyanatlarda Azərbaycan Respublikası xalqının sevimli ruhanisi, Qafqaz Müsəlmanları İdarəsi rəisinin səlahiyyətli nümayəndəsi və “Məşhədi Dadaş” məscidinin imam cüməsi, sevimli ruhani Hacı Şahin Həsənlinin islam dünyasında səciyyələrinə görə təşəkkür edilərək, ailə üzvləri və azərbaycanlı möminlərə başsağlığı verilib.

Xətib höccətül islam Dr.Əkbərpur bu mərasimdə iştirak edən Türkiyə, Rusiya və digər ölkə nümayəndələrinə Hacı Şahin Həsənli barədə ətraflı məlumat verdikdən sonra Azərbaycan Respublikasında elə həmin gün həbsdə aclıq aksiyasına başlayan və məhkəmə iclasında həyatını itirən Kərbəlayi Səbuhi Səlimova Allahdan rəhmət da yaxınlarına başsağlığı verərək səbir diləyib.

Qeyd edək ki, Hacı Şahin Həsənli martın 2-də səhər saatlarında ürəktutmasından vəfat edib.

Xatırladaq ki, Səbuhi Səlimov 2022-ci il noyabrın 11-də DTX tərəfindən saxlanılaraq Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 17 il müddətinə azadlıqdan məhrum edilmişdi.

Related posts

Azərbaycan və İran generallarının görüşü baş tutub – FOTO

ABŞ beynəlxalq məhkəməni hədələyir!

Yəhudilər qaçır!