İran XİN-nin sözçüsü:Sionist rejimin süqutdan başqa sonluğu yoxdur

QafqazTimes xəbər verir ki, İran İslam Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani, Livanda Hizbullahın yaranmasının 40-cı ildönümü və 2006-cı ildə 33 günlük müharibədə əldə olunan qələbə ilə əlaqədar Livanın “Əl-Əhd” xəbər saytına verdiyi müsahibədə 33 günlük müharibənin Fələstində İslam və xalq müqaviməti üçün yeni dönüş nöqtəsi oldu.

O, heç şübhəsiz, sionist aparteid rejiminin uğursuzluqdan başqa taleyinin olmadığını bildirərək, bu rejimin süqut etməkdən başqa çarəsi olmadığına işarə edib. Bəzi ərəb və islam hökumətləri sionist rejimlə münasibətlərini normallaşdırsalar da, əksər region və dünya xalqları İsraili təcavüz, işğal, irqçilik və fitnə obrazı kimi görürlər.

İranın Xarici İşlər Nazirliyinin sözçüsü davam edib: “Son günlərdə və həftələrdə baş verən hadisələr və bu rejimin Qəzzəyə vəhşicəsinə təcavüzü və vətəndaşlara qarşı hərbi cinayətlər törətməsi sionist rejimin qəddar və aqressiv davranışının daha bir sübutudur.”

Fələstin müqavimət qüvvələri və mücahidlərinin torpaqları azad etmənin və işğala son qoymağın yeganə yolunun müqavimətdən keçdiyi qənaətinə gəldiklərini bildirən Kənani belə qeyd edib: “Əsası təcavüz və cinayətə köklənmiş qəsbkar rejimlə sövdələşmə və danışıqlar yolu ilə ölkələrinə azadlıq bəxş edə bilməzlər.”

Related posts

İran Prezidenti Rəisinin qəzaya uğramış helikopterinin qalıqları tapılıb

ABŞ-ın əsil siması

İsraillə dostluq baha başa gəlir