İran XİN “Nikbət günü” ilə əlaqədar bəyanat yayıb

QafqazTimes xəbər verir ki, İran İslam Respublikasının Xarici İşlər Nazirliyi “Nikbət(Fəlakət) günü”- 14 may 1948-ci il Fələstin torpaqlarının sionist qəsbkarları tərəfindən işğalı, bu torpaqların əsas sahiblərinin didərgin salınması və Fələstin xalqının təbii hüquqlarının geniş şəkildə pozulması prosesinin başlanması günü ilə əlaqədar bəyanat verib.

İran Xarici İşlər Nazirliyinin bəyanatında deyilir: Bu tarixdən etibarən cinayətkar sionistlər bəzi Qərb dövlətlərinin dəstəyi ilə Fələstinin müqəddəs torpaqlarını silah gücünə, qətl və qarət yolu ilə qəsb etdilər və Qərbi Asiya regionunda bu günə qədər də davam edən münaqişənin və qeyri-sabitliyin əsasını qoydular.

Bəyanatda həmçinin deyilir: İran İslam Respublikası Xarici İşlər Nazirliyi İslam dünyasının ilk və əsas məsələsi kimi Fələstin məsələsinə sadiqliyini bir daha vurğulayır və qlobal sionizmin bunu unutdurmaq cəhdini uğursuz addım hesab edir.

Bəyanatın digər bir hissəsində belə qeyd olunur: İran İslam Respublikası Fələstin xalqının amalları ilə tam həmrəy olduğunu bəyan edərək, azadlıq yolunda və müsəlmanların ilk qibləsi uğrunda canını vermiş şəhidlərin və mücahidlərin xatirəsini ehtiramla yad edərək, hökumətləri və beynəlxalq qurumları məzlum Fələstin xalqı qarşısında öz insani və hüquqi vəzifələrini yerinə yetirməyə və Qüdsdəki işğalçı rejimin işğalını davam etdirərək daha çox cinayətlər törətməsinə və işğal altındakı Fələstində irqçi siyasətini yaymasına mane olmağa çağırır.

Related posts

Qırmızı dənizdə Amerika qırıcısı səhvən vuruldu

Ayətullah Xamenei: İslam Respublikasının təmsilçi qüvvəyə ehtiyacı yoxdur

Demo+terror+kratiya

1 şərh

Elyse Sterne May 27, 2022 - 11:59 axşam

Hi

Our Medical-Grade Toenail Clippers is the safest and especially recommended for those with troubles with winding nails, hard nails, two nails, nail cracks, deep nails, thickened nails etc..

Shop Now: thepodiatrist.shop

All the best,

Elyse

Add Comment