Cenin düşərgəsində bir sionist zabiti öldürüldü

QafqazTimes xəbər verir ki, Cenin düşərgəsində fələstinli mücahidləri ilə sionist hərbçilər arasında baş verən silahlı toqquşmada “Yamam” Xüsusi Təyinatlı Qüvvələrinin zabiti qətlə yetirilib.

Fələstinli mənbələr indiyə qədər Cenin düşərgəsində fələstinli mücahidlərlə toqquşmalarda 3 işğalçı rejim qüvvələrinin yaralandığını bildiriblər.

İsrail ordusu etiraf edib ki, “Yamam” bölməsindən bir israilli zabit Cenin müqaviməti tərəfindən açılan atəş nəticəsində ağır yaralanıb.

İsrail hərbçiləri bu gün səhər saatlarından etibarən fələstinli mücahid Mahmud əd-Dəbini həbs etmək üçün Cenin qəsəbəsinə hücum edib.

Axtarışda olan fələstinli döyüşçü Mahmud əl-Dəbinin atası onun Cenin düşərgəsində həbs olunduğunu təsdiqləyərək bildirib ki, İsrail işğalçıları onu saatlarla mühasirə aldıqdan və evini minaatanlarla atəşə tutduqdan sonra həbs ediblər.

Fələstin Administrasiyası ABŞ-ı İsrailin Ceninə hücumlarını dayandırmaq üçün dərhal müdaxilə etməyə çağırıb və bu hücumların davam etməsi vəziyyətin kontroldan çıxmasına səbəb olacağı ilə bağlı xəbərdarlıq edib.

Related posts

Qəzzada kütləvi məzarlıqlar…

Azərbaycan və İran generallarının görüşü baş tutub – FOTO

Smotriç Netanyahu və digər Gallantın istefasını tələb edir