İran XİN müavini Bakıya daxil oldu

          İranın xarici işlər nazirinin müavini Rza Nəcəfi Azərbaycana səfər edib.

Təsnim informasiya Agentliyinin məlumatına əsasən, İran İslam Respublikasının rəsmisi yüksək səviyyəli ekspertlərlə Qoşulmama Hərəkatına üzv ölkələrin nümayəndələrinin konfransında iştirak edəcək.

Qoşulmama Hərəkatının iclası 5-6 iyulda Bakıda keçiriləcək.

O, həmçinin Bakıda hərəkata daxil olan ölkələrin xarici işlər nazirlərinin görüşünə qatılacaq.

Məlumata görə, Bakıda keçiriləcək nazirlər konfransında İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyanın da iştirakı gözlənilir.

Related posts

Qəzza onun kompası kimi, Yəmən dəniz müharibəsinin qaydalarını yenidən yazır

Sənanı sındırmaq: ABŞ-İsrailin Yəmənə qarşı kiber müharibəsi

Lavrov Suriya prezidentini Rusiya–Ərəb sammitində iştirak etməyə dəvət edib