Bir fələstinli jurnalist həbsə məhkum oldu

Sionist rejimin hərbi məhkəməsi fələstinli jurnalisti üçün müvəqqəti 6 aylıq həbs cəzası kəsib.

Əl Aləm telekanalının məlumatına əsasən, sionist rejimin hərbi məhkəməsi dünən (2 iyul) Nablosun cənub bölgəsində yerləşən Zovata qəsəbə sakini 40 yaşlı Məhəmməd Ənvar Mona üçün 6 aylıq müvəqqəti həbs cəzası barədə qərar qəbul edib.

Ötən həftə saxtakar rejim hərbçiləri Məhəmməd Ənvərin şəxsi mənzilinə basqın edərək onu həbs etmişdi.

Fələstin informasiya və hüquq müdafiə orqanları Məhəmməd Ənvərin həbsini kəskin şəkildə qınamış və tezliklə onun azad edilməsini tələb etmişdi.

7 il ömrünü sionist rejim həbsxanalarında keçirmiş Məhəmməd Ənvərin həbs cəzası həmişə müvəqqəti həbs kimi elan edilib.

O, 2014-cü ildə həbsinə etiraz olaraq 64 gün aclıq aksiyası da keçirsə də sionist rejim bütün aclıq aksiyaları kimi onun da bu əməlinə reaksiya verməmişdi.

Fələstin Əsirlər İşi üzrə komitəsi Məhəmməd Ənvərin həbsi ilə sionist rejim zindanlarında 18 jurnalistin olduğunu elan edib.

Fələstində jurnalistləri himayə komitəsi bu bəyanatda onu da qeyd edibdir ki, qəsbkar sionist rejim Fələstin xalqını zəiflətmək üçün fələstinli mediaları susdurmağa çalışır.

Sionist rejim hərbçiləri indiyə kimi yüzlərlə jurnalist və müxbiri həbs edib, yaralayıb və ya şəhid ediblər. Onların bu hərəkətlərdə məqsədləri, bu rejimin məzlum Fələstin xalqına qarşı cinayətlərinin ifşa edilməsinin qarşısını almaqdır. Bunu, Fələstində jurnalistləri himayə komitəsi bildirib.

Hazırda sionist rejim məhbəslərində təqribən 4500 fələstinli əsir saxlanılır.

Related posts

Qəzzəyə humanitar yardım maşınlarına hücum sionist rejimin nazirlər kabineti üzvlərinin koordinasiyası əsasında baş tutur

“İsrail Hizbullahla müharibəyə hazır deyil”

Netanyahu: Misirin Cənubi Afrika şikayətinə qoşulması təhlükəlidir

1 şərh

Jazz Slots casino İyul 6, 2023 - 6:44 səhər

Safe, fair play and big payouts at our casino Jazz Slots casino. Trust us to provide a secure and enjoyable gaming experience.

Add Comment