İran XİN-i Nikbət günü münasibətilə bəyanat yaydı

İran İslam Respublikası xarici işlər nazirliyi Nikbət günü münasibətilə rəsmi bəyanat yayıb.

Əl aləm telekanalının məlumatına əsasən, bəyanatda deyilir: Sionist rejimin nəhs cinayətləri son 100 ildə başda rejion olmaqla bütün dünya ölkələrində ən uzun və ən narahatedici təsirlərini buraxıb.

Cinayətkar rejimin qətl mexanizmi ilə çalışan “ölüm maşını” 75 ildir dayanmadan işləyir. Deyr Yasin, Kəfər Qasim, Səbra, Şətila kimi mütəşəkkil faciələr yaradan bu rejim minlərlə fələstinli, livanlı və digər ölkə vətəndaşlarının ölümünə səbəb olub. Fələstin torpaqlarının işğalçısı təkcə torpaqla kifayətlənməyərək məzlum xalqını da yer üzündən silməyə çalışsa da müqavimətin səyləri ilə bu arzusuna çatmayacaq.

Qeyd edək ki, “Müsibət Günü” yüz minlərlə fələstinlinin öz torpaqlarından sürgün edilməsinin ardınca 14 may 1948-ci ildə cinayətkar İsrail rejiminin varlığının elan edilməsindən bir gün sonraya təsadüf edir və Fələstin üçün ən acı gün sayılır. 

Xatırladaq ki, Sionist rejim hərbçiləri 1982-ci ilin 16-18 sentyabrında Livanda yerləşən Səbra və Şətila qaçqın düşərgələrində minlərlə fələstinlini qırğın etdilər. 

O zaman sionist İsrail rejiminin müharibə naziri olan Ariyel Şaron Livanın işğal edilmiş ərazilərində sionist rejim ordusuna komandanlıq edən şəxs kimi bu soyqırımında başlıca rol oyanmışdır. 

Səbra və Şətila sakinlərinə qarşı 3 gün davam edən qırğın əməliyyatında 5000-ə yaxın insan o cümlədən qadın və uşaq qətlə yetirilmişdi. 

 

Related posts

Həmas: İsraillə yalnız yazılı razılaşma istəyirik

İşğalçı rejim Livanda atəşkəsi pozur

Həmas: Fələstin Muxtar Təşkilatı fələstinlilərin fəryadını eşitmir