İran XİN-i bəyanat yaydı

İİR xarici işlər nazirliyi Avropa İttifaqı və İngiltərənin yeni sanksiyaları ilə əlaqədar bəyanat yayıb.

Fars İnformasiya Agentliyinin məlumatına əsasən, İran XİN sözçüsü Nasir Kənani bu gün (25 yanvar) rəsmi bəyanat yayaraq deyib: İran əlaqədar təşkilatların qaydalrına uyğun, sanksiya qanunlarına əsasən qarşı tərəf kimi Aİ və İngiltərə İranın daxili siyasətinə müdaxiləçilik siyasəti, terrorizm və terrorçuları dəstəkləmək, zorakılığa təşviqetmə bəhanəsi ilə sanksiya tətbiq etməyə çalışır.

Bəyanatda deyilir: İran Aİ və İngiltərə rejiminin bu rəftarını qəbuledilməz olduğunu, bu sanksiyaları beynəlxalq arenada görkəmli şəxsiyyət və təşkilatların imicinə zərbə hesab edir, bu sanksiyaların BMT manifestinin fundamental beynəlxalq prinsiplərinə zidd olduğunu qəbul edir.

N.Kənani həmçinin vurğulayıb: İİR-nın bütün qurumları məlum sanksiyalarda adları çəkilən şəxs və təşkilatların viza hüququ, bank hesabları, müsadirə məhdudiyyətləri barədə qəti tədbirlər görəcək.

Related posts

Siyasi qumarbazlar

Qırmızı dənizdə Amerika qırıcısı səhvən vuruldu

Ayətullah Xamenei: İslam Respublikasının təmsilçi qüvvəyə ehtiyacı yoxdur