“İran və Hizbullah Tel-Əvivin ən böyük qorxusu”

Sionist rejim tədqiqat mərkəzi Hizbullah və İranın Tel-Əviv üçün ən böyük təhlükə, Fələstin müqavimət dəstələrinin genişləndiyi və İsrail-Vaşinqton əlaqələrindəki kölgələrdən nigarançılığını bildirib.

Fars İnformasiya Agentliyinin məlumatına əsasən, dünən (23 yanvar)  İNSS tədqiqat mərkəzi “2023-cü ildə İsrailin önəmli təhdidləri” adlı hesabatını prezident İsaaq Herzoqa təqdim edib.

“İ 24”-ün yazdığına əsasən, İsraili bu il təhdid edən məqam fələstinlilərin mübarizə meydanında genişlənmələridir. Fələstin Özünüidarə Təşkilatının güclənməsi və Mahmud Abbasın birbaşa meydanda görünməsi heç də İsrailin xeyrinə olmayacaq.

Verilən hesabata görə Vaşinqton-Tel-Əviv münasibətlərindəki soyuqluq isə ən böyük təhlükə hesab olunur. Tədqiqatçılar bu soyuqluğu aradan qaldırılmasını da tövsiyə edərək deyiblər ki, Rusiya ilə müharibədə Ukraynaya dəstəyi də gücləndirmək lazımdır.

Hesabatın 3-cü bəndində İsrail üçün ən təhlükəli təhdidin İran olduğu yazılır və deyilir ki, bu ölkənin nüvə proqramı ən kritik vəziyyətdədir, çünki “nüvə ölkəsi” olmaq üçün çox az zaman qalıb.

İNSS-in verdiyi hesabatda İsraili təhdid edən 4-cü amil isə Livan Hizbullahı, onun Suriyadakı nüfuzu, İranla sıx əlaqələridir.

Related posts

Sionist rejim Livanın cənubuna artilleriya hücumu edib

Həmas: Sionist rejimin məhvi qətidir

Usamə Həmdan: Rəfəhə hücum müzakirələrin dayandırılması deməkdir