İran Ukraynada müharibənin dayanması tərəfdarıdır

QafqazTimes.com Twitter-ə istinadən xəbər verir:

Ayətullah Xameneinin Əziz İslam Peyğəmbərinin (Allahın salamı olsun ona) məbus olması ildönümü münasibətilə bəyanatından


İran Ukraynada müharibənin dayanması tərəfdarıdır. Biz müharibənin sona çatmasını istəyirik. Amma hər bir böhrana o zaman çarə tapılır ki, onun kökləri müəyyənləşdirilsin. Ukrayna böhranının kökü Amerikanın böhran yaratmaq siyasətləridir və Ukrayna bu siyasətin qurbanı olub.


Ukraynanı bu nöqtəyə Amerika sürüklədi. Amerika bu ölkənin daxili işlərinə qarışmaqla, rəngli inqilab yaratmaqla, bir dövləti o biri ilə əvəz etdi, Ukraynanı bu vəziyyətə gətirdi.


Ukrayna hadisələrində mühüm bir ibrət var: Amerika və Avropaya arxalanan ölkələr bilsinlər ki, bu dayaq ilğımdır, həqiqi deyil. Bu gün Ukrayna, dünən Əfqanıstan… Hər iki ölkənin prezidenti deyir ki, biz Amerika və Avropaya arxalandıq, bizi tənha qoydular.


Bu gün dünyada modern cahiliyyətin, irqçiliyin, zülm və böhran törətməyin təzahürü Amerikadır. Amerika rejimi böhran törədən, böhrançı rejimdir. Dünya boyu müxtəlif böhranlardan bəhrələnir. Ukrayna da bu siyasətin qurbanıdır.


Amerika mafioz rejimdir – siyasətdə, iqtisadiyyatda mafioz rejim… Dünya ölkələrini idarə edir, prezidentlər təyin edir. Dünyada böhran yaradır ki, maksimum faydalansın. İŞİD hadisəsi, Ukrayna böhranı… Suriyanın neftini, Əfqanıstanın pulunu oğurlayırlar…

Related posts

Sənanı sındırmaq: ABŞ-İsrailin Yəmənə qarşı kiber müharibəsi

“Müharibəyə görə kompensasiya və təhlükəsizlik zəmanətləri”: İran ABŞ-la nüvə danışıqları üçün şərtlər qoyur

İsrail “Gideonun Arabaları” əməliyyatı zəiflədikcə şimal Qəzzadan qoşunlarını çıxarır